Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfərinin nəticələrini yaxından izləyəcəklərini açıqlayıb.

"Unikal" xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

“Putinin səfəri zamanı BMT Qara Dəniz Taxıl Təşəbbüsünün canlandırılması imkanında iştirak edəcəkmi?” sualına isə Düjarrik ikitərəfli səfərə daxil olmadıqlarını qeyd edib.

"Ancaq əlbəttə ki, biz səfərin nəticələrini çox yaxından izləyəcəyik", - Düjarrik bildirib.

Kremlin sözçüsü Dmitri Peskov Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin, o cümlədən Ukraynanın regional məsələlərin müzakirə ediləcəyini bildirib.

Kremlin xarici siyasət müşaviri Yuri Uşakov yanvarın 29-da verdiyi açıqlamada Putinin fevralda Türkiyəyə səfəri üçün hazırlıqların getdiyini bildirib.

Gültəkin Ələsgər