Çexiya 2023-cü ildə Azərbaycandan 2 milyon tona yaxın neft idxal edib ki, bu da son 4 ildə maksimal göstəricidir.
"Unikal" xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsinin məlumatlarında deyilir.
2022-ci illə müqayisədə idxal, statistik məlumatlara görə, 13,9% artıb.
Pulla ifadəsində 2023-cü ildə Azərbaycandan Çexiyaya neft tədarükünün həcmi təqribən 1,2 milyard avro (illik müqayisədə 9,2% azalma) səviyyəsində qiymətləndirilir.
2023-cü ildə Çexiya bütövlükdə neft idxalını 2022-ci illə müqayisədə 0,8% artıraraq təxminən 7,5 milyon tona çatdırıb. Tədarüklərin dəyəri təxminən 3,9 milyard avro (-16,4%) qiymətləndirilir.
2023-cü ildə Çexiyaya ilk üç neft tədarükçüsü bunlardır: Rusiya (2 milyard avroya 4,4 milyon ton), Azərbaycan (1,2 milyard avroya 2 milyon ton) və Qazaxıstan (477,3 milyon avroya 756,3 min ton).
2023-cü ilin dekabr ayında Çexiya 315,7 milyon avroya (-21,1%) təxminən 580,4 min ton (-20,4% y/y) neft idxal edib.
Dekabrda Çexiyaya üç əsas neft tədarükçüsü daxil olub: Rusiya (112,8 milyon avroya 263,5 min ton), Azərbaycan (108,1 milyon avroya 168,9 min ton) və Qazaxıstan (147,9 min ton 94,8 milyon avroya).
Dekabrda Azərbaycandan Çexiyaya neft tədarükü həcm ifadəsində 7,5% artıb, dəyər ifadəsində isə 10,3% azalıb.