Türkiyəli aktyor Burak Özçivit sosial şəbəkədə media nümayəndələrinə etirazını bildirib.

"Unikal" xəbər verir ki, həyat yoldaşı Fahriyə Evcenlə birgə reklam çəkilişi zamanı özəl karavan istədikləri ilə bağlı yayılan xəbərlərə aktyor açıqlama verib:

"Həyat yoldaşım ilə birlikdə gözəl reklam çəkdik. Üç gün güldük, əyləndik. Uşaqlarımız da yanımızda idi. İddia adı altında bizimlə əlaqəsi olmayan, karavanla bağlı çıxan xəbərlərdən çox sıxıldıq, bezdik. Xahiş edirik, bizim üzərimizdən xəbərləri iddia başlığı ilə verməyin".