Kiyev hakimiyyəti Aİ-dən əlavə sursat, dron və hava hücumundan müdafiə sistemlərinin göndərilməsini xahiş edir.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borell Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra danışıb.

“Ukrayna üçün Aİ-nin əlavə hərbi texnikasını səfərbər etmək mənim əsas prioritetimdir. Biz daha çox iş görməliyik və bunu daha sürətli etməliyik”, - Borell bildirib.

Avropalı diplomatın sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Aİ Ukraynaya 88 milyard avro dəyərində yardım göstərib ki, bunun da 60 milyard avrosu mülki ehtiyaclara, 28 milyard avrosu isə hərbi ehtiyaclara yönəlib.