İraqın paytaxtı Bağdadda Həşd əş-Şaabi şiə milis qüvvələrinin komandirlərindən olan Əbu Baqir əs-Səadi hava hücumu nəticəsində öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Bağdadın şərqində şiələrin məskunlaşdığı Meştel bölgəsinə endirilən hava hücumunda Sədinin idarə etdiyi avtomobil hədəf alınıb.

Hücum zamanı avtomobildə olan Sədinin öldüyü qeyd edilib.

İraq hökuməti hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Ağarza Elçinoğlu