Müstəqillik bəyannaməsində qeyd olunan Dağlıq Qarabağ (Azərbaycanın Qarabağ bölgəsi - red.) və Ermənistanın birləşdirilməsi haqqında qərara istinad nə deməkdir? Ona arxalansaq, sülh mümkün deyil.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. 

Onun sözlərinə görə, dövlətin məzmununda olan daxili ziddiyyətlər ortaya çıxarılmalıdır: "Bəyannamənin preambulasında 3 əsas təlimat müəyyən edilmişdir. Əsas istiqamətlərdən biri erməni xalqının arzuları, ikincisi tarixi ədalət, üçüncüsü isə Dağlıq Qarabağ məsələsidir. Burada qeyd olunan Dağlıq Qarabağ və Ermənistan Respublikasının birləşməsi haqqında qərara istinad nə deməkdir? Biz öz siyasətimizi bunun üzərində qururuqmu? Əgər belədirsə, bu, hansı sülhdən danışdığımız deməkdir. Bu o deməkdir ki, sülh mümkün deyil. Söhbət bundan gedirsə, bu yaxşı deyil, pisdir". 

Ağarza Elçinoğlu