Ekvadorun Konstitusiya Məhkəməsi ölkədə evtanaziyanın qanuniləşdirilməsinə səs verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın iddiasına baxıldıqdan sonra verilib. Bu müddət ərzində Roldan süni tənəffüs aparatına qoşulub.

"Hər bir insan ağır yara və ya sağalmaz xəstəlik nəticəsində yaranan iztirablara son qoymaq imkanı da daxil olmaqla azad qərar verə bilər", - məlumatda qeyd edilib.

Ölkənin Səhiyyə Nazirliyinə iki ay ərzində evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Qeyd edək ki, Ekvadorda indiyədək bu proseduru həyata keçirən həkimləri 10 ildən 13 ilədək həbs cəzası gözləyirdi.