İsveçrə hakimiyyəti rusiyalı diplomatlar üçün sadələşdirilmiş giriş prosedurunu ləğv edib .

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki  daimi nümayəndəsi Gennadi Qatilov bildirib.

Onun sözlərinə görə, viza almaq üçün daha sərt qaydalar müəyyən edilib: "İsveçrə Rusiya diplomatik pasportlarının sahibləri üçün sadələşdirilmiş giriş prosedurunu ləğv edərək, onları qısamüddətli səfərlər üçün viza almağa məcbur edib. Keçən ilin payızından İsveçrə hakimiyyəti burada yerləşən beynəlxalq təşkilatlar tərəfindən keçirilən hər bir konkret tədbirə fərdi dəvət tələb etməyə başladı. Bu, ciddi məhdudiyyətdir, çünki nümayəndə heyətlərinin tərkibi çox vaxt çevik şəkildə formalaşır, onlarda şəxsi dəyişikliklər mümkündür və bu barədə indi əvvəlcədən məlumat vermək lazımdır".

Diplomat qeyd edib ki, İsveçrənin yeni tələbləri beynəlxalq tədbirlərin keçirilməsi üçün istifadə olunan rahat platforma kimi Cenevrənin cəlbediciliyinə və nüfuzuna mənfi təsir göstərir.

Ağarza Elçinoğlu