2022-ci ilin sentyabrın 8-də vəfat edən Kraliça II. Elizabet  ölümündən sonra onun oğlu III Çarlz kral olaraq taxta çıxıb. 72 yaşında taxta çıxan İngiltərə kralına bu günlərdə  xərçəng diaqnozu qoyulub. 

Bundan sonra, ingiltərəliləri III Çarlz ölərsə, taxta kimin çıxacağı maraq mövzusuna çevrilib. 

“Unikal” xarici KİV-ə istinadən bildirir ki, II. Elizabet ölümünün planlaşdırırldığı kimi Kral Çarlzın da vəfatından sonra bəzi tədbirlər görüləcək.

Belə ki, Kral Çarlzın ölümündən sonra dəfn mərasimi üçün planlar Uelsdəki asma körpünün adını daşıyan "Menai Körpüsü" adlandırılacaq.  Keçmiş Kral mühafizə zabiti Simon Morqanın dediyinə görə, Kral Çarlzın dəfn mərasimi üçün tədbirlər kral tacını rəsmiləşdirdikdən dərhal sonra planlaşdırılmağa başlanıb.

Planın birinci mərhələsinə görə, kral Çarlzın öldüyü gün ailəsinə, daha sonra isə baş nazirə məlumat veriləcək. Daha sonra xəbərlər Kral Çarlzın dövlət başçısı olduğu Birlik ölkələrinə və nəhayət, mətbuat korpusuna göndəriləcək. Kral Çarlz öləndə kraliça kimi Bukingem sarayının qapısına məlumat qeydi yapışdırılacaq. Bayraqlar da yarıya qədər endiriləcək.

Şahzadə Uilyam Çarlz ölən kimi yeni Kral elan ediləcək.

Bildirilir ki, Kral Çarlzın cənazəsi Bukingem Sarayının taxt otağından "Westminster Hall"a daşınacaq. Kral Çarlzın dəfn mərasimi ölümündən təxminən doqquz gün sonra keçiriləcək.

Qeyd edəki ki, Kraliçanın dəfn mərasimi ölümündən 11 gün sonra keçirilib.  Kral III Çarlz Vindzor qəsrindəki Kral VI George Memorial Kapellasındakı "kral qəbiristanlığında" dəfn ediləcək.

Zərifə  Nağıyeva