Rusiya prezidenti Vladimir Putinin 1992-ci ildə imzaladığı sənəd Sankt-Peterburqda elektron hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat yayıb.  

Bildirilir ki, Rusiyanın hazırkı Prezidenti o zaman Sankt-Peterburq meriyasının Xarici əlaqələr komitəsinin sədri vəzifəsini tuturdu. Putinin imzaladığı sənəd 1992-ci ilin iyulun 14-də tərtib edilib, orada “Бюротрейд С. П-б” QSC-nin dövlət reyestrinə daxil edilməsi bildirilir. Bundan əlavə, vizit kartında əlaqə üçün ünvan və telefon nömrələri də var.  

Qeyd edək ki, 1990-cı illərdə Putinin imzası olan daha bir sənəd 2023-cü ildə 2 milyon rubla satışa çıxarılmışdı. 

Gülayə Mecid