Türkiyənin Edirne şəhərində həkim xəstənin oğlu tərəfindən döyülüb. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxanaların birində baş verən hadisənin görüntüləri ortaya çıxıb. Belə ki, palatada çalışan köməkçi həkim reanimasiya şöbəsində xərçəng müalicəsi alan xəstənin çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişdiyini yaxınlarına çatdırmaq üçün çıxıb.

Bunu eşidən xəstənin oğlu həkimə yumruq atıb və onu döyməyə başlayıb. Mühafizəçinin erkən müdaxiləsi hadisənin daha da böyüməsinin qarşısını alıb.

Seymur Əli