ABŞ-nin Corciya ştatında doğuş zamanı həkim körpənin başına həddindən artıq güc tətbiq edib və nəticədə  körpənin başı qopub.

“Unikal” xəbər verir ki, ailə hadisə ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə-tibbi ekspertizadan sonra körpənin ölümünün qətl olduğu müəyyən edilib.

Ailə körpənin dəfn xərclərinə əlavə olaraq 10 min dollar təzminat tələb edib. Cinayətlə günahlandırılan həkim St. Julianın isə hələ iddia ərizəsinə müdafiəsi daxil olmayıb və bu işlə bağlı ictimaiyyətə açıqlama verməyib.

Zərifə Nağıyeva