Amerikalı jurnalist Taker Karlsonun özü və Vladimir Putinlə müsahibəsi dünyada böyük rezonansa səbəb olub.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.  

"Karlsonun özü və onun Rusiyaya səfəri, Putinlə müsahibəsi təkcə Amerikada deyil, ölkəmizdə də xüsusi rezonans doğuran hadisələrdir. Rezonans bəzən miqyasdan da çıxır ", - o qeyd edib.

Kreml rəsmisi vurğulayıb ki, bu müsahibə bir gündən çox oxunacaq və təhlil ediləcək, çünki bu mühüm hadisədir. 

Qeyd edək ki, dünyada milyonlarla insan Vladimir Putinin Taker Karlsonla müsahibəsini gözləyir. Son məlumatlara görə, müsahibənin anonsu 80 milyondan çox insan tərəfindən izlənilib. Material fevralın 9-da dərc olunacaq.

Gülayə Mecid