Biz qarşıya vəzifə qoymuşuq ki, yeni atom elektrik stansiyası tikək. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan əvvəl hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, AES-in tikilməsi üçün pul və layihə olsa da, mütəxəssis yoxdu: "Artıq gecikmişik. Göstəriş vermişəm ki, hərbi xidmətdən möhlət hüquqlarını müəyyən edərkən biz nüvə təhlükəsizliyi sahəsini xüsusi nəzərə almalıyıq. Bizim həyata keçirəcəyimiz layihə var və onun bir hissəsi mütəxəssislərin hazırlanmasıdır. Ermənistanda elə bir sektor yoxdur ki, biz həm özəl, həm də dövlət sektorunda problemlə məşğul olmayaq". 

Ağarza Elçinoğlu