Rusiya Ermənistanı ictimai hücumlar və tənqid əvəzinə KTMT-dəki vəziyyəti müzakirə etməyə çağırır.

"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin deyib. 

"Biz hamımız KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsində və onun hərbi-siyasi birlik kimi səmərəliliyində maraqlıyıq. Təbii ki, Ermənistanın təşkilat çərçivəsində tez normal və tam işə qayıtması buna töhfə verərdi. Təəssüf ki, erməni müttəfiqlərimiz hələlik bundan çox uzaqdırlar. Biz İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində yetkin məsələləri müzakirə etməyə başlamağa çağırırıq", - diplomat bildirib. 

Moskva hesab edir ki, KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına uyğundur və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir.

Ağarza Elçinoğlu