Londonun ICE birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti yanvarın 31-dən bəri ilk dəfə bir barel üçün 82 dolları ötüb.
"Unikal" xəbər verir ki, "qara qızıl"ın qiyməti 0,4% artaraq bir barel üçün 82,07 dollar təşkil edib.
Eyni zamanda WTI markalı xam neftin mart fyuçersləri 1,34% bahalaşaraq 77,15 dollar/barelə çatıb.