Britaniya mətbuatı Rusiya prezidenti Vladimir Putinin (71) Rusiya Təhlükəsiz İnternet Assosiasiyasının 39 yaşlı prezidenti Yekaterina Katya Mizulina ilə eşq macərası yaşadığını iddia edib.

"Unikal" xəbər verir ki, Britaniyanın Daily Mail qəzetinin yazdığına görə, Yekaterina Katya Mizulina fanatik Putin tərəfdarı və Ukrayna əleyhinə olan senator Yelena Mizulinanın qızıdır. Xəbərlərdə “internetdə senzuranın başı” olduğu iddia edilən London təhsilli Katya Muzulinanın son vaxtlar Putinlə yaxınlaşdığı iddia edilir.

İlk evliliyindən iki yetkin qızı olan Putinin illərdir olimpiya mükafatçısı bədii gimnast Alina Kabaeva (40) ilə birlikdə olduğu və onların iki və ya üç övladı olduğu iddia edilib.