"Telegram" messencerinin işində problemlər yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə "Downdetector" servisinin saytında bildirilib.

İstifadəçilər faylları endirə bilmədiklərini və həmçinin mesajları göndərməkdə çətinlik çəkdiklərini bildirilbər.

Məlumata görə, "Telegram" işində problemlər bütün dünyada müşahidə olunur. Şikayətlərin çoxu mobil tətbiqin istifadəçilərindən gəlir. 400-dən çox insan nasazlıqlarla bağlı şikayət edib.