Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, şənbə günü Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün əsas nəticələrindən biri tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara sadiqliyini təsdiq etməsi olub.

"Unikal" xəbər verir ki, o, rəhbəri Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə deyib:

"Masada mühüm bir sual var idi. Tərəflər daha əvvəl Praqa və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiq edirmi? Yekunlaşdırsaq, qeyd edə bilərik ki, tərəflər bu razılaşmalara sadiq qalırlar".