Qusarda 7-ci sinif şagirdi yüksək hərarətdən vəfat edib.
“Unikal” xəbər verir ki, bu barədə Qusar şəhər 4 nömrəli Tam Orta Məktəb məlumat yayıb.
Bildirilib ki, VII “A” sinfində təhsil alan Naida Yarəhmədova Namiqovna fevralın 17-də dünyasını dəyişib.
İlkin ehtimala görə, N.Yarəhmədova qızılca xəstəliyi səbəbindən səhhətində yaranan ağırlaşma səbəbindən həyatını itirib.