Türkiyənin Kəmər şəhərində Rusiyanın “Bi-2” qrupunun “Bi-2 ilə tətil” festivalı ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə musiqiçilər sosial şəbəkələrində məlumat yayıblar.
Onlar bildiriblər ki, şou aprelin sonunda beşulduzlu otellərin birində baş tutmalı idi.
Qeyd edək ki, qrupun bir müddət əvvəl Dubaydakı konsertləri də təxirə salınmışdı. Musiqiçilər yanvarın 25-də Tailandın “Illuzion” gecə klubunda iş icazəsi olmadan çıxış etdikləri üçün isə deportasiya edilmişdilər.