Türkiyəli aktrisa Nilsu Berfin Aktaşla reper Hakan Aydınla ilk dəfə birlikdə görüntülənib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük əyləncə məkanlarının birindən çıxarkən kameralara tuş gəlib.

Onlar müxbirlərin suallarını cavabsız qoyub.

Qeyd edək ki, Nilsu son olaraq "Yaz şarkısı" serialında rol alıb.