Norveçli deputat Marius Nilsen amerikalı sahibkar İlon Maskı 2024-cü il üçün Nobel Sülh Mükafatına namizəd göstərib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, siyasətçi hesab edir ki, sahibkar “getdikcə qütbləşən dünyada dialoqu, söz azadlığını və öz nöqteyi-nəzərini ifadə etmək imkanını qətiyyətlə müdafiə edir”.

Nilsen qeyd edib ki, Mask tərəfindən qurulan şirkətlər "cəmiyyəti təkmilləşdirir və həm Yer, həm də kosmos haqqında bilikləri dərinləşdirir", həmçinin "dünyada rabitə və əlaqəni təmin edir".

Nobel Sülh Mükafatına namizədlər arasında NATO-nun baş katibi Yens Stoltenberq, Kolumbiya prezidenti Qustavo Petro və "WikiLeaks"in yaradıcısı Culian Assanj da var.

Bundan əlavə, İsrail və Fələstinin insan haqları təşkilatları mükafat uğrunda mübarizə aparır.