Türkiyə Futbol Federasiyası ölkə çempionatının oyunlarına bilet almaq üçün azarkeş pasportunun (Passolig) ləğv edildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
“Klublarımız əmindirlər ki, yaxın vaxtlarda biletlərin elektron satışını razılaşdıqları şirkətlər vasitəsilə təşkil edəcəklər. Bununla bağlı bilet satışını təşkil etmək imkanı və texniki infrastrukturu olan şirkətlərlə danışıqların aparılması qərara alınıb. Klublarımıza bilet satışını təşkil etmək istəyən şirkətlər assosiasiyaya müraciət etsinlər”, - deyə məlumatda bildirilir.
Passolig sistemi 2014-cü ildən fəaliyyət göstərir. Matçlarda iştirak etmək üçün 7 yaşdan yuxarı hər hansı bir azarkeş kart üçün müraciət etməlidir ki, matçlarda iştirak etmək üçün bilet ala bilsin. İndi klublar biletləri müstəqil şəkildə satacaqlar.