“Qromovlar” və “Millətlər Atasının Oğlu” serialları ilə tanınan aktyor Vasili Prokopyevin üzərində narkotik maddə aşkar edilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb. 

Prokopyev Moskvanın Belorusski vağzalında saxlanılıb. 32 yaşlı aktyor sərxoş olub. Baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları aktyorun üzərində 0,11 qram çəkisi olan naməlum maddə olan plastik torba aşkar ediblər. Ekspertiza müəyyən edib ki, Prokopyevin üzərində mefedrondan əldə edilən maddə olub.

O saxlanılıb.