İngiltərə Premyer Liqasının XVIII turundan təxirə salınan bir oyun keçirilib.
"Unikal" xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Brentford"la qarşılaşıb. Görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 71-ci dəqiqədə Erlinq Haaland vurub.
Qeyd edək ki, turnir cədvəlinə 57 xalla "Liverpul" başçılıq edir. Rəqibindən bir xal geri qalan "Mançester Siti" 2-ci, "Arsenal" isə 55 xalla 3-cü pillədə qərarlaşıb.