Türkiyənin Milli Döyüş Təyyarəsi KAAN bu gün ilk uçuşunu həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 

Görəsən, KAAN hansı xüsusiyyətlərə malikdir? 

KAAN radar dalğalarını yumşaltmaq qabiliyyətinə malik kompozit materiallardan hazırlanıb və ikili mühərrik, aşağı görmə qabiliyyəti, təkmil atəş sistemləri və iki funksiyalı radar kimi xüsusiyyətlərə malikdir. Təyyarə elektron döyüş sistemi və elektro-optik 360 dərəcə müşahidə sistemindən istifadə edərək dördü gövdədə, dördü isə gövdənin yanlarında olmaqla cəmi səkkiz orta və uzun mənzilli raket daşıya bilər.

KAAN ilə Türkiyə 5-ci nəsil döyüş təyyarələrinə sahib ölkələr arasında olacaq və yüksək hava döyüş məsafəsi və səsdən sürətli sürət ilə strateji hücum qabiliyyətinə sahibdir. 

Gülayə Mecid