Ermənistan yanvarın 4-də sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.
Onun sözlərinə görə, xarici işlər nazirləri yaxın vaxtlarda görüşəndə sülh sazişini müzakirə edəcəklər: "Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və baş nazir müavinləri görüşəcək.
Gün və yerlə bağlı hələ də aydınlıq yoxdur: "Biz işimizi davam etdiririk, düşünürəm ki, xarici işlər nazirləri görüşəndə sülh sazişini müzakirə edəcəklər. Mirzoyan-Bayramov görüşünün ikitərəfli, yoxsa vasitəçilərin iştirakı ilə olacağı hələ ki, bəlli deyil".
Ağarza Elçinoğlu