Azərbaycanla sülh danışıqlarında bəzi uğursuzluqlar hələ də mövcuddur. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinqdə deyib.

"Mən istəyirəm ki, biz bu sülh müqaviləsi danışıqlarına bir proses kimi baxaq, gözləyək ki, bəzən irəliləyiş ola bilər, bəzən uğursuzluqlar ola bilər, lakin biz sülh gündəminə sadiq qalırıq, sülh gündəmini irəli sürək və bu baxımdan, sülh müqaviləsi bizim üçün prioritetdir. Ümid edirik ki, tezliklə görüş həm xarici işlər nazirlərinə, həm də baş nazirin müavinlərinə ümumən sülh gündəmini irəli sürmək imkanı verəcək", - Qriqoryan qeyd edib.

Ağarza Elçinoğlu