Ermənistan Səhiyyə və Əmək Müfəttişliyinin tibbi yardıma və xidmətlərə nəzarət departamentinin rəhbəri Kristina Abramyan saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı "Sputnik Ermənistan"a Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat katibi Marina Ohancanyan təsdiqləyib.

"Abramyanı rüşvət almaqda ittiham edirlər. Onun həbsi ilə bağlı məhkəməyə vəsatət verilib. Hazırda vəsatətə baxılır", - deyə o qeyd edib.

Nuranə Abbasova