Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin sabiq müdiri Səfər Siyafər oğlu Əhmədov həmin qurumu məhkəməyə verib.
"Unikal"ın məlumatına görə, S.Əhmədov inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərlə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırıb.
İş Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin hakimi Tural Əliyevin icraatındadır.
İşə 4 aprel 2024-cü il tarixində baxılacaq.
Qeyd edək ki, Səfər Əhmədov 2023-cü ilin avqust ayında vəzifəsindən azad edilib.
Murad İbrahimli