Rusiyanın ABŞ-dakı səfirliyi Amerika prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinə qarşı təhqiramiz ifadələri ilə əlaqədar Dövlət Departamentinə etiraz notası göndərib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib.

“Dövlət Departamenti bu səhər işə başlayan kimi biz Amerika rəhbərliyinin Rusiya prezidentinə qarşı təhqirlərinin hədsiz xarakteri və yolverilməzliyi ilə bağlı sərt etiraz notası göndərdik”, – səfirin Teleqram kanalı vasitəsilə yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, çətin ki, sadə üzrxahlıqla vəziyyəti həll etsin. Antonov qeyd edib ki, ABŞ hakimiyyətinin qəbuledilməz ritorikası yalnız gücsüzlükdən və Rusiyaya qarşı siyasətdə sağlam düşüncənin olmamasından danışır.