"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı dondurulur".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində bildirib.
“Kollektiv təhlükəsizlik müqaviləsi, fikrimizcə, Ermənistana münasibətdə, xüsusən 2021-2022-ci illərdə həyata keçirilməyib”, - Paşinyan vurğulayıb.
O, bildirib ki, bir neçə ay əvvəl Rusiya “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Baş nazirin sözlərinə görə, “Moskvadan ona qarşı aparılan bu təbliğat səngimir".
Gülayə Mecid