Berlində yaşayan İran əsilli 39 yaşlı memar Apame Şönauer fevralın 24-də Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində nəticələrinə yekun vurulan “Miss Germany” müsabiqəsinin qalibi olub.
"Unikal" xəbər verir ki, Tehranda anadan olan, lakin altı yaşından Almaniyada yaşayan Şönauerin dediyi kimi, o, miqrant kökləri olan gənc qadınlara dəstək olmaq niyyətindədir. Müsabiqə zamanı iki uşaq anası İrandakı vəziyyətə diqqət yetirərək qadınların hüquqları uğrunda mübarizəyə sadiqliyini dəfələrlə vurğulayıb.
Müsabiqənin qalibi pul hissəsi 25 000 avro olan Qadın Lider Mükafatını alacaq.
Təşkilatçılar bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 15 min qadın müraciət edib. Finalda Şönauer səkkiz rəqibinə qalib gəlməyi bacarıb. Bu dəfə yaş həddi 39 yaş götürülüb. Finalın ən yaşlı iştirakçısı Hamburq sakini Minyon Kovollikin 42 yaşı var.