İsrail Müdafiə Qüvvələri (IDF) dünən Qəzzanın cənubundakı döyüşdə bir əsgərin həlak olduğunu bildirib.

"Unikal" “Times of Israel”ə istinadən xəbər verir ki, bununla da oktyabrın sonundan bu yana İsrailin Qəzza zolağına qurudan müdaxiləsi nəticəsində ölənlərin sayı 239 nəfərə çatıb.

İordan çayının qərb sahilindəki Şavei Şomrondan olan 21 yaşlı baş serjant Naria Belete Givati ​​Briqadasının kəşfiyyat bölməsində idi.

Bundan əlavə, Givati ​​briqadasının bir zabiti və iki əsgəri döyüşdə ağır yaralanıb.