ABŞ Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin əsgəri Aaron Buşnelin özünü yandırması ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder açıqlayıb.

Rayder özünü yandıran hərbçinin ölümünün faciəli hadisə olduğunu deyib. O, bildirib ki, ABŞ Müdafiə Naziri Lloyd Austin vəziyyəti izləyir.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrində aktiv vəzifədə olan 25 yaşlı Aaron Buşnell İsrailin Vaşinqtondakı səfirliyi qarşısında Qəzzada baş verənlərə etiraz olaraq özünü yandırıb.

Kamuflyaj paltarında olan Buşnel son nəfəsinə qədər "Fələstinə azadlıq!" qışqırıb.

***10:37

ABŞ Hərbi Hava Qüvvələrinin zabiti İsrailin Vaşinqtondakı səfirliyi yaxınlığında özünü yandırıb

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. 

Aaron Buşnel ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

Amerikalının uniforma ilə "Fələstinə Azadlıq" qışqırması və İsraili Qəzzada soyqırımı törətməkdə ittiham etməsi bildirilir. 

Ağarza Elçinoğlu