Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalarda prinsipial olaraq yeni heç nə olmayıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml nümayəndəsi Rusiyaya qarşı məhdudiyyətlərin bumeranq effektini də xatırladıb.

"Avropa iqtisadiyyatı əziyyət çəkir, Amerika şirkətlərinin maraqları əziyyət çəkir ", - Peskov qeyd edib.

O vurğulayıb ki, Rusiya iqtisadiyyatı ciddi məhdudiyyətlər dövründə artıq öz sabitliyini nümayiş etdirib, inkişafını davam etdirir və artıq günün reallıqlarına uyğunlaşıb.