Xəzər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları,rayon ictimaiyyətinin üzvləri, şəhid ailələri, qazilər Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2024-cü il fevralın 26-da “Ana harayı” abidəsini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, ziyarət iştirakçıları abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anıblar.