Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.
"Unikal" xəbər verir ki, bağlanış oyununda "Qalatasaray" "Antalyaspor"u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.
Bu nəticədən sonra xallarını 72-yə çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. 35 xalı olan "Antalyaspor" isə 9-cudur.