SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) Türkiyənin İstanbul şəhərindəkeçirilən “StudyExpo” xaricdə təhsil sərgisində xüsusi stendlə təmsil olunub. 

"Unikal" xəbər verir ki, Bakı Ali Neft Məktəbinə aid məlumatlar əks olunan çap materiallarının nümayiş etdirildiyi stenddə BANM-in Beynəlxalq əlaqələr şöbəsinin rəisi Könül Məhərrəmova və Tədbirlərin və sərgilərin təşkili şöbəsinin rəisi Sahib Kazımov sərgi iştirakçıları və ziyarətçilərə Ali Məktəb haqqında geniş məlumat verərək onların suallarını cavablandırıblar. 

3000-dən çox ziyarətçinin qatıldığı sərginin məqsədi dünyanın müxtəlif universitet və təhsil qurumlarını Türkiyə tələbə ictimaiyyəti arasında tanıtmaqdır.