"Kəndlərlə əlaqəli layihə hazırlıyırıq. Bir çox kəndlərdə içməli suyun və kanalizasiya sisteminin özəl şirkətlər tərəfindən qurulması nəzərdə tutulur".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Agentlik sədri bildirib ki, burada məqsəd özəl sektorun vasitəsilə xidmət verib, ödənişi almaqla insanların təmiz suya əlçatanlığı təmin emtəkdir: "Bu həm də dövlətin üzərindən yükü azaltmaqdır. Dövlət həmin vəsaiti başqa yerlərdə istifadə edə bilər. Məqsədimiz özəl sektorun gətirəcəyi çevikliyi, effektivliyi və şəffaflığı daha yaxşı səviyyədə insanlara çatdırmaqdır".

Anar Kəlbiyev