Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı Ermənistandan heç bir sorğu almayıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Diplomat Ermənistan parlamentinin spikeri Alen Simonyanın bu barədə bəyanatını şərh edərkən bildirib ki, bu addım Rusiyaya qarşı daha bir addımdır: "Biz bunu rəsmi İrəvan nümayəndələrinin qeyri-dost davranışının növbəti nümunəsi hesab edirik. Düzdür, parlament sədrinin qaldırdığı məsələlərə görə nə dərəcədə məsuliyyət daşıdığı bəlli deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət almamışıq".
Onun sözlərinə görə, Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib: "Biz həmişə suveren dövlətlərin milli qanunlarına hörmət edirik".
Ağarza Elçinoğlu