Rusiya sərhədçilərinin Zvartnots Hava Limanından getməsi düzgün olardı.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan "Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması müzakirə olunurmu?" sualına belə cavab verib: "Mən belə bir müzakirənin iştirakçısı olmamışam, amma düşünürəm ki, onların ordan getməsi düzgün olardı. Ola bilər ki, bu, hüquq-mühafizə orqanları və ya aidiyyatı qurumlarla müzakirə olunur".
Spiker bunun niyəsini soruşan jurnalistə cavabında deyib ki, Ermənistan öz sərhədlərini qoruyacaq: "Amma onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Dəfələrlə sübuta yetirilib ki, onlar müdafiə etməyiblər, heç üzlərini göstərməyiblər".
Ağarza Elçinoğlu