ABŞ prezidenti Co Bayden ikinci müddətə namizədliyini irəli sürərkən yaşı ilə bağlı narahatlıqlar fonunda prezidentliyi dövründə üçüncü tibbi müayinədən keçib.

"Unikal" xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Ağ Evin məlumatına görə, 81 yaşlı Bayden Uolter Rid Milli Hərbi Tibb Mərkəzində mütəxəssislər tərəfindən müayinə olunub. 

Prezidentin tibb müəssisəsində təxminən iki saat yarım qaldığı bildirilir.

Ağ Evin dövlət başçısının fiziki müayinəsi ilə bağlı hesabat açıqlayacağı gözlənilir.