Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.
"Unikal" xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib. Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 57-ci dəqiqədə Edin Vişça vurub.
"Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" matçının qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.
Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.