Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Heç bir Ehtimal yoxdur" debat komandası mövsümün ən rəqabətli və maraqlı layihələrindən olan “Bakı Gənclər Debat Forumu: Qış, 2024” ün qalibi olub. 

"Unikal" xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, DVC-nin təşkilatçılığı və Dünya Məktəbinin ev sahibliyi ilə keçirilib. 

"Kriptovalyuta birjasının təhlükəsizliyinin təmin olunmasında dövlət tənzimlənməsi labüddür" mövzusuna həsr olunan və ümumilikdə 37 komandanın iştirak etdiyi foruma AzMİU 5 komanda (“Heç bir Ehtimal yoxdur”, “Gəl Qaytar Eşqimi”, “The Beatles”, “Смутное Время” və “Депутаты Без Откатов”) ilə qatılıb.

Finalda isə AzMİU-nun "Heç bir Ehtimal yoxdur" və Bakı Dövlət Universitetinin "Kapitan Qrantın uşaqları" komandaları qarşı-qarşıya gəlib və "Heç bir Ehtimal yoxdur" komandası qalib gələrək "BGDF Qış 2024"ün çempionu adını qazanıb. 

Turnirin ən yaxşı məşqçisi Sənan Atayev seçilib.

“Bakı Gənclər Debat Forumu: Qış, 2024” turnirində natiqliyə düşən debatçılarımız:

Azərbaycan bölməsi üzrə:

1.Məhəmməd Mehdiyev

8.Cahangir Yusifov

9.Murad Mirzəzadə

Rus bölməsi üzrə:

3.Əli Hüseynov

7.İbrahim Qədirli