Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə bir sıra ikitərəfli görüşlər keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirib. 

“Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır”, - deyə Badalyan yazıb.

Bundan əvvəl bildirilib ki, Mirzoyan diplomatik forumda iştirak etmək üçün martın 1-dən martın 3-dək Antalyaya işgüzar səfərə gedəcək.