Yaxşı gecə yuxusu almaq bir çox insan üçün çətin ola bilər. Bundan əlavə, bəzi insanlar az yuxu ilə yaşaya bilir və yaxud ümumiyyətlə yatmırlar. Bununla belə  Vyetnamda bir nəfər 60 ildən artıqdır ki, yuxusuz qaldığını və bunun gündəlik həyatına heç bir şəkildə təsir etmədiyini iddia edib.

"Unikal" xəbər verir ki, 1944-cü il təvəllüdlü vyetnamlı Tay Nqoc 1962-ci ildən bəri gözünü qırpmadığını bildirib. Bəzi həkimlər bunun müharibədən sonrakı travma ilə əlaqədar stress pozğunluğu ola biləcəyini düşünür, bəziləri isə onun olduqca nadir bir xəstəlik olduğu qənaətindədirlər. Nqoc vəziyyətini həll etmək üçün tibbi və ya elmi yardım istəmədiyi üçün iddiasını təsdiq edə biləcək yeganə insanlar onun yaxın ətrafıdır. Həyat yoldaşı, uşaqları, dostları, qonşuları və tanışları onu heç vaxt yatarkən görmədiklərini bildiriblər. O, qeyd edib ki, yuxu azlığının sağlamlığına necə təsir edib-etməyəcəyini bilmir, amma yenə də özünü yaxşı hiss edir və başqaları kimi əkinçilik fəaliyyəti ilə məşğul ola bilir.

Tay 20 yaşında olarkən bədəninə ciddi təsir göstərən güclü qızdırmadan əziyyət çəkib və onun yan təsirləri arasında qeyri-adi yuxusuzluq da olub. Kişi qeyd edib ki, ondan qurtulmaq üçün müxtəlif dərmanlar, üsullar və fəndlər sınamış, amma heç bir nəticə verməmişdir. Onun TSSB səbəbiylə tez-tez mikroyuxu (adətən yalnız bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən) yaşadığı düşünülür. Müharibə əsnasında böyük ehtimalla yuxuya getmək, huşunu itirmək qorxusu inkişaf etdirdiyi üçün bu vəziyyətin davam etdiyi və həkimə getmək istəmədiyi üçün bu problemdən əziyyət çəkdiyi bildirilir.

Zərifə Nağıyeva