Fransada dörd ildən bir çıxan qəzet dünya mediasının diqqətini çəkib. 

"Unikal" xəbər verir ki, "La Bougie du Sapeur" (Sapper's Candle) adlı qəzet yalnız fevralın 29-da köşklərdə görünür.

Qəzet 1980-ci ildə bir qrup dost tərəfindən yaradılıb. O vaxtdan bəri qəzet hər fevralın 29-da nəşr olunur. Dünənki 12 nömrə 200 min nüsxə satılaraq Fransa, Belçika, Lüksemburq və İsveçrədəki qəzet köşklərinə çatıb. 

“La Bougie du Sapeur”un yaradıcıları gəlirin bir hissəsini növbəti buraxılışın hazırlanmasına xərcləyirlər. Qalan hissəsini autizm və epilepsiya xəstələrinə dəstək verən Aire d'aile assosiasiyasına bağışlayırlar.

Qəzet anti-siyasi cəhətdən düzgün nəşr kimi mövqe tutur və vaxtaşırı öz “Facebook” səhifəsində qəzetin dünənki nəşri də daxil olmaqla məlumatları dərc edir. Qəzet yazılarının özü yumoristik şərh üslubunda yazılır.  

Gülayə Mecid