ABŞ-də yüksək səviyyəli vəzifələrdə çalışmış və eyni zamanda səfir olan Viktor Manuel Roşanın Kuba casusu olduğu ortaya çıxıb. 

"Unikal" xəbər verir ki, keçmiş ABŞ diplomatı Kubaya 40 ildən çox casusluq etdiyini etiraf edib.

Belə ki, 73 yaşlı Roşa 1981-ci ildən başlayaraq gizli şəkildə Kuba hökumətinə məlumat ötürməkdə ittiham olunur. Bu müddət ərzində o, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasında  və 1999-2002-ci illərdə ABŞ-nin Boliviyadakı səfiri vəzifəsində çalışıb.

Zərifə Nağıyeva